“Zaqatala”nın şərəfini qoruyan Ruslan Tağızadə əyalət təmsilçisindən ayrıla bilər. Futbolinfo.az xəbər verir ki, buna səbəb 23 yaşlı oyunçuya gələn təkliflərdi.

Əldə etdiyimiz özəl məlumata görə, Premyer Liqa təmsilçilərindən “Neftçi” və 1-ci divizionda mübarizə aparan “Səbail” Tağızadənin xidmətində maraqlıdı. Keçidin baş tutub-tutmayacağı qarşıdakı günlərdə bəlli olacaq.

Qeyd edək ki, Ruslan cari mövsümün əvvəlindən zaqatalıların şərəfini qoruyur və onun bu komanda ilə mövsüm sonuna kimi müqaviləsi var.

Shares: