"Zenit"in futbolçusu Aksel Vitsel karyerasını Çinin "Tyanszin Syuanszyan" klubunda davam etdirəcək. Futbolinfo.az xəbər verir ki, 27 yaşlı belçikalı yarımmüdafiəçi ötən gün Çin klubu ilə 3 illik müqavilə bağlayıb.
Bir müddət idi ki, "Yuventus"a keçidi gündəmdə olan Vitsel transferinin reallaşmasından sonra Turin klubundan üzr istəyib: "Yuventus"dan üzr istəyirəm, ancaq belə təklifdən imtina edə bilməzdim".
Vitselin məvacibi illik 25 milyon avro olacaq. "Zenit" isə bu keçiddən 7 milyon avro qazanıb. Bundan başqa Rusiya təmsilçisi müxtəlif bonuslar da ala bilər.
"Тyanszin Syuanszyan" komandası Çin Superliqasında debüt edəcək. Komandanın baş məşqçisi Fabio Kannavarodu.