"Mançester Yunayted" yayda "Atletiko"nun futbolçuları Antuan Qrizmanla Saul Nyigesi heyətinə qatmağa hazırlaşır. Futbolinfo.az xəbər verir ki, hər iki futbolçu yaxınlarda Madrid klubu ilə müqavilənin müddətini artırıblar və buna əsasən sözləşmədə təzminat dəyərləri 145 milyon funt olaraq qeyd edilib.

Lakin Joze Mourinyo əmindi ki, qiyməti aşağı sala biləcək.

Portuqaliyalı mütəxəssisin fikrincə kubok uğrunda mübarizə aparmaq üçün "qırmızı şeytanlar"a daha 4-5 dünya səviyyəli futbolçu lazımdı.

Shares: