"Mançester Siti"nin forvardı Serxio Aquero Premyer Liqanın 20-ci turunda "Bernli" ilə oyunda "şəhərlilər" üçün 153-cü qolunu vurub. Futbolinfo.az xəbər verir ki, argentinalı futbolçu bununla da "Mançester Siti"nin tarixi ərzində vurulan qollara görə Kolin Bellə çatıb və 3-cü yerə yüksəlib.

28 yaşlı Aqueronu yalnız Tommi Conson (166 qol) və Erik Bruk (177 qol) qabaqlayır.

Shares: