Çinin superliqası legioner limitini sərtləşdirməyi planlaşdırır. Futbolinfo.az xəbər verir ki, 2018-ci ildən etibarən komandalar iştirak ərizəsinə yalnız 4 əcnəbi futbolçu daxil edə biləcəklər. Onlardan da biri isə Asiya Futbol Konfederasiyasına daxil olan ölkələrdən birinin vətəndaşı olmalıdı.
Hazırda superliqada 5 legioner sifariş etməyə icazə var. Onlardan biri Asiyanı təmsil etməlidi.
Əvvəlcə bildirilmişdi ki, limitin sərtləşdirilməsi bu ildən etibarən reallaşmalıdı. Ancaq klublar buna qarşı çıxdığından qərar gələn ilə qədər təxirə salınıb.