"Everton"un çalışdırıcısı Ronald Kuman "Barselona"nın baş məşqçi postuna əsas namizədlərdən biridi. Futbolinfo.az xəbər verir ki, Kataloniya klubu 53 yaşlı mütəxəssislə ilkin danışıqlar aparıb.

Luis Enrikenin müqaviləsinin müddəti yayda başa çatır və tərəflər hələlik sözləşməni artırmayıb. 

Vaxtilə futbolçu kimi "Barselona"nın uğurları üçün tər tökən Kuman La Liqa nəhəngini çalışdırmaq istəyini heç vaxt gizlətməyib.

Daha əvvəl bildirilirdi ki, Enrikenin gedişi halında kataloniyalılar üçün prioritet variant Bilbao "Atletik"inin baş məşqçisi Ernesto Valverdedi.

Shares: