“Sumqayıt” 13 günlük istirahəti başa vuraraq Premyer Liqanın 3-cü dövrəsi üçün hazırlığa start verib. Futbolinfo.az xəbər verir ki, sözügedən komanda bu gün baş məşqçi Samir Abasovun rəhbərliyi altında 2017-ci ildə Sumqayıtda ilk məşqini keçirib.
“Sumqayıt” ilk məşq günündə dənizkənarında qaçışla kifayətlənib. Qeyd edək ki, komandanın üzvü Süleyman Əhmədov U-19 millisinin heyətində yer aldığı üçün hazırlıq prosesinə nisbətən gec qoşulacaq. Bundan başqa, baş məşqçi əvəzedici komandanın 3 futbolçusu – Xaliq İbrahimov, Ülvi Süleymanov və Tural Bayramlını əsas heyətə cəlb edib. “Sumqayıt”ın növbəti məşqi də sabah saat 11:00-da Sumqayıtda olacaq.
Qeyd edək ki, "Sumqayıt"ın təlim-məşq toplanışı və yoxlama oyunlarının proqramı hələ tam dəqiqləşməyib.