“Neftçi” transfer çalışmalarını davam etdirir. “Ağ-qaralar” indi də çilili İqnasio Herreranı heyətə qatıb. Hücumameyilli yarımmüdafiəçi ilə 1 il müddətinə müqavilə bağlanıb.
 
Sonuncu komandası Qazaxıstanın “İrtış” klubu olmuş 29 yaşlı futbolçu indiyədək Çilinin “Reyncers”, “Huaçipato”, “Maqalyanes”, “Kobreloa”, “Deportes İkike” və İspaniyanın “Real Betis” B klublarında çıxış edib.
 
Qeyd edək ki, paytaxt klubu qış transfer pəncərəsi açılandan bəri Namiq Ələsgərov (“Qarabağ”), Georgi Navalovski (“Veria”, Yunanıstan) və Zdenek Folprexti (“Slovan”, Çexiya: icarəyə) heyətə cəlb edib.
Shares: