"Real"ın futbolçusu Kriştianu Ronaldo İspaniya kubokunun 1/8 finalında "Sevilya" ilə ilk oyunu buraxacaq.
 
“Futbolinfo”nun klubun saytına istinadən yaydığı xəbərə görə, portuqaliyalı hücumçunun adı sözügedən qarşılaşma üçün iştirak ərizəsinə daxil edilməyib. Komandanın baş məşqçisi Zinəddin Zidan Ronaldoya istirahət vermək qərarına gəlib.
 
Qeyd edək ki, "Real" – "Sevilya" görüşü bu gecə keçiriləcək.
Shares: