Azərbaycan millisinin hücumçusu Ramil Şeydayevin komandası “Trabzonspor” növbəti transferini reallaşdırıb. Futbolinfo.az saytının Rusiya mətbuatına istinadən məlumatına görə, bu komanda Moskva “Spartak”ının müdafiəçisi Sərdar Taşçı ilə anlaşıb.
 
Almaniya millisinin sabiq üzvü yeni komandası ilə 3,5 illik müqavilə imzalayacaq. 29 yaşlı oyunçunun illik məvacibi isə 2,3 milyon avro təşkil edəcək.
 
2013-cü ildən “Spartak”a məxsus olan Sərdar Taşçı ötən il icarə əsasında “Bavariya”da çıxış edib. Ancaq onun Ramillə birgə oynamaq şansı çox azdı. Çünki Şeydayevin Trabzonu tərk edəcəyi dəqiqdi. Onun “Samsunspor”a və ya başqa bir komandaya icarəyə göndərilməsi gözlənilir.
Shares: