Kamran Ağayev və Emin Mahmudovun komandası “Boavişta” heyətini gücləndirib. Portuqaliya klubu yeni qapıçı transfer edib.
 
Kamran Ağayevin bir nömrəli dəri əlcək sahibi olduğu “Boavişta” “Muskron”da çıxış edən Vaqner da Silva ilə anlaşıb. Klublar arasında razılığa əsasən 30 yaşlı braziliyalı qolkiper cari mövsümün sonuna qədər “Boavişta”da icarə əsasında çıxış edəcək.
 
Bu keçid bəlkə də tez-tez Azərbaycana qayıtmaq istədiyini bildirən Kamran Ağayevin yolunu açmaq üçün reallaşıb. Hər halda Ağayev “Boavişta”da qalmasa, ikinci dövrədən etibarən “çərçivə” Vaqnerə həvalə ediləcək (apasport).
 
Qeyd edək ki, 2010-cu ildən karyerasını Portuqaliyada davam etdirən Vaqner da Silva 5 il “Eştoril”də çıxış etdikdən sonra 2015-ci ildə “Muskron”a keçib.
Shares: