"Şalke"nin kamerunlu futbolçusu Erik Maksim Çopo-Motinq yığmadan imtina edib. Buna səbəb futbolçunun klub karyerasına daha çox diqqət ayırmaq istəməsidi.
 
Klubun rəsmi saytında qoyulan açıqlamada 27 yaşlı hücumçunun aprelin 14-də başlayacaq Afrika Millətlər Kubokuna getməyəcəyi və "Şalke"nin İspaniyanın Benidorm şəhərindəki təlim-məşq toplanışına qatılacağı bildirilib.
 
Futbolçu bundesliqada çıxdığı 13 oyunda 3 qol vurub, eyni sayda da qol ötürməsinin müəllifidi. Kamerun yığmasının formasında isə 14 oyunda 11 dəfə qapı torunu silkələyib.
Shares: