İngiltərə Premyer Liqasında dekabr ayının ən yaxşı futbolçusu müəyyənləşib. Azarkeşlər arasında aparılan sorğunun qalibi “Mançester Yunayted”in hücumçusu Zlatan İbrahimoviç olub.
İsveçli forvard 24092 səslə ötən ayın ən yaxşısı adına layiq görülüb. Onu 17935 səslə “Liverpul”un yarımmüdafiəçisi Adam Lallana izləyib. İlk “üçlüy”ü “Çelsi”nin müdafiəçisi Sezar Azpilikueta (11944) qapayıb.
Digər yerləri isə müvafiq olaraq Dele Alli (“Tottenhem”: 5863 səs), Cordan Pikford (“Sanderlend”: 2874) və Dmitri Paye (“Vest Hem”: 1264) tutublar.
Qeyd edək ki, Zlatan İbrahimoviç dekabr ayında Premyer Liqada keçirdiyi 6 oyunda 5 qol və 3 assistlə yadda qalıb.