Azərbaycan yığmasının hücumçusu Ramil Şeydayevin formasını geyindiyi “Trabzonspor” transfer çalışmalarını davam etdirir. Klub saytının məlumatına görə, “bordo-mavililər” 2 oyunçunun keçidini rəsmiləşdiriblər.
Portuqaliya “Sportinq”inin sağ cinah müdafiəçisi Joao Pereyra və “San Lorenzo”nun sol cinah müdafiəçisi Emmanuel Mas “bordo-mavililər”lə müqavilə imzalayıblar. 32 yaşlı Pereyra yeni klubu ilə 1,5 illik müqaviləyə qol çəkib. Onun bu müddət ərzində qazancı 1 milyon 430 min avro olacaq.
Emmanuel Masın keçidi isə Superliqa təmsilçisinə 1,5 milyon avroya başa gəlib. Argentina millisinin üzvü 3,5 illik müqaviləyə qol çəkib. Onun 3 il yarım ərzində ümumi məvacibi isə 4,8 milyon avro təşkil edəcək.