“Sanderlend”in 5 yaşlı azarkeşi Bredli Louri İngiltərə Premyer Liqasında ayın ən yaxşı qolunu vurub.
 
“Sanderlend” rəhbərliyi xərçəng xəstəliyindən əziyyət çəkən azarkeşi üçün “Çelsi” ilə oyunda xeyriyyə aksiyası keçirib. Louri aksiya çərçivəsində “Çelsi”nin qapısına penaltidən qol vurub. Səsvermə nəticəsində azarkeşlərin əksəriyyəti Lourinin vurduğu qolu dekabrın ən yaxşısı seçib.
 
Daha bir qalib isə “Mançester Yunayted”in futbolçusu Henrix Mxitaryan olub. Onun “Sanderlend”in qapısına vurduğu qol da ən yaxşı seçilib.
 
Berdli Lourinin müalicəsi üçün təşkil edilən aksiya çərçivəsində 840 min avro toplanıb.
Shares: