"Real"ın baş məşqçisi Zinəddin Zidan "Sevilya" ilə ölkə kuboku matçı ərəfəsində transfer planları və öz işi haqqında danışıb. Futbolinfo.az xəbər verir ki, təcrübəli mütəxəssis bunları söyləyib:
 
"Mən Xameslə danışmışam və ona dünyanın ən yaxşı klubunda qalmasını istədiyimi söyləmişəm. Bu barədə artıq nəsə deməyə ehtiyac yoxdu. İndi sadəcə, səylə işləməyə davam etmək lazımdı. "Real"ın baş məşqçisi postundakı 1 il ərzində daha çox saç itirmişəm. İndi stress bir qədər azalıb. Həyacan var, amma o qədər deyil. Həmişə daha yaxşı olmağa çalışıram. Futbolçu olanda da belə idim. İnkişafda limit yoxdu. Bunu futbolçularıma da aşılamağa çalışıram. Moratanın "Yuventus"a mümkün qayıdışı haqqında xəbərlərə gəlincə – bu informasiya mənə mənasız gəlir. Alvaroya baxdıqda onun xoşbəxt olduğunu görürəm. Onun evi burdadı".
Shares: