Türkiyədə təlim-məşq toplanışına start verən “Neftçi”dən yeni xəbər var. “Ağ-qaralar” plan üzrə Antalyanın Bələk bölgəsində “De Luks” otelində məskunlaşıb.
Futbolinfo.az xəbər verir ki, toplanış üçün hələ ki, yerli oyunçular bir yerdədi. Legionerlər isə yalnız yeni transfer Georgi Navalovski düşərgədədi. Digərləri bu axşam və sabah səhər komandaya qoşulacaq.