Bu gün "Neftçi” Türkiyənin Antalya şəhərindəki hazırlığına start verib. Futbolinfo.az xəbər verir ki, Antalyanın "Bellis” otelində məskunlaşmış komanda hazırlığın ilk günü bir məşqə çıxıb.
Xatırladaq ki, Antalya hazırlıqları çərçivəsində komanda ilk yoxlama oyununu Türkiyənin "Sivasspor" klubuna qarşı keçirəcək. Görüş 08.01.2017-ci il tarixində təşkil olunacaq.