İsveçin "Kalmar" klubu mövsümlərarası fasilədəki hazırlıq prosesi çərçivəsində yoxlama oyunu keçirib. Futbolinfo.az xəbər verir ki, azərbaycanlı futbolçu Emin Nurinin komandası Norveçin "Odds" klubu ilə qarşılaşıb.
Dörd qolun vurulduğu oyunda futbolçumuzun komandası meydanı məğlub tərk edib – 1:3. Bu görüş Emin üçün də uğursuz alınıb. Belə ki, start heyətdə meydana çıxan Nuri 9-cu dəqiqədə avtoqola imza atıb.