Bakıda UEFA-nın növbəti "Pro" kateqoriyalı məşqçi kursu keçiriləcək. AFFA tərəfindən təşkil olunacaq seminar aprelin 24-də start götürəcək.
Kurs 6 moduldan ibarət olacaq və 2018-ci ildə başa çatacaq. Kursda iştirak edəcək məşqçilərin siyahısı da dəqiqləşib.
Hələ futbolçu karyerasını davam etdirən, A kateqoriyasına yeni yiyələnən Azərbaycan millisinin və “Qarabağ”ın kapitanı Rəşad Sadıqov da 11 nəfərlik siyahıdadı. Onunla yanaşı, yığmamızın məşqçisi Mahmud Qurbanov, həmçinin Elşad Əhmədov, Samir Abasov, Elçin Rəhmanov, Siyasət Əsgərov, Baba Əsgərov, Zaur Həşimov, Ramin Quliyev, Vüqar Məmməd və ingiltərəli Mayk Bennett də kurslarda iştirak edəcək.