Topaz Premyer Liqasının 16-cı turunda Gəncədə “Zirə” ilə oynayacaq “Kəpəz” bu gündən qarşıdakı matç üçün məşqlərə başlayıb. Futbolinfo.az xəbər verir ki, “İnter” ilə görüşdən sonra bərpaedici proseduradan (sauna, baseyn, masaj) keçən komanda dünən istirahət edib.
“Sarı-göylər” Azərbaycan Dövlət Bədən Tərbiyəsi və İdman Akademiyasının meydançasında məşq edib. Hazırlıq prosesi saat 11:00-da başlayıb. Gəncə klubu fevralın 1-i və 2-si tarixlərində də eyni məkanda və eyni saatda məşqə çıxacaq.