Bu gün AFFA İntizam Komitəsinin iclası keçirilib. Futbolinfo.az xəbər verir ki, aparılan müzakirələrdən sonra Topaz Premyer Liqasının 15-ci turunun oyunları ilə bağlı aşağıdakı qərarlar çıxarılıb:
“Qəbələ” – “Sumqayıt” matçında “Sumqayıt”ın 4 futbolçusu sarı vərəqə ilə cəzalandığı üçün klub 800 manat cərimə olunub.
“Qarabağ” – “Neftçi” matçı ilə bağlı İntizam Komitəsi aşağıdakı qərarları qəbul edib:
– Oyunun 20-ci dəqiqəsində “Neftçi”nin azarkeşləri tərəfindən pirotexniki vasitələrdən istifadə edildiyi üçün klub 800 manat cərimə olunub.
– Oyunun 67-ci dəqiqəsində “Neftçi”nin futbolçusu Rəhman Hacıyevə simuliyasiyaya görə göstərilmiş sarı vərəqə hakim tərəfindən epizodun düzgün qiymətləndirilməməsi səbəbindən ləğv olunub.
– Oyun bitdikdən sonra müəyyən olunub ki, “Neftçi”nin azarkeşləri tərəfindən stadionun 9 (doqquz) oturacağı sındırılıb və yararsız vəziyyətə düşüb. Dəymiş zərərə uyğun olaraq “Qarabağ”ın təqdim edəcəyi məbləğ “Neftçi” tərəfindən ödənilsin.