Bu gün AFFA İntizam Komitəsinin iclası keçirilib. Futbolinfo.az xəbər verir ki, aparılan müzakirələrdən sonra Topaz Premyer Liqasında çıxış edən klubların əvəzedici heyətləri arasındakı ölkə birinciliyinin 15-ci turunun oyunları ilə bağlı aşağıdakı qərarlar çıxarılıb:

“İnter” – “Kəpəz” matçında “Kəpəz”in 4 futbolçusu sarı vərəqə ilə cəzalandığı üçün klub 400 manat cərimə olunub.

“Qarabağ” – “Neftçi” matçının 13-cü dəqiqəsində “Qarabağ”ın futbolçusu Eltun Turabov sonuncu ümid foluna görə birbaşa qırmızı vərəqə alaraq meydandan kənarlaşdırıldığı üçün 1 oyun cəzalanıb, klubu 100 manat cərimə olunub.

Shares: