“Neftçi”nin yeni transferi Kirill Petrov bu komandaya keçidindən danışıb. Futbolinfo.az xəbər verir ki, Topaz Premyer Liqasının 15-ci turu çərçivəsində keçirilmiş "Qarabağ"la səfər oyununda "ağ-qaralar"ın heyətində debüt edən və 90 dəqiqə meydanda olan ukraynalı yarımmüdafiəçi ölkəsinin mətbuatına açıqlamasında bunları söyləyib:
“Neftçi”də bu dərəcədə peşəkarlığı gözləmirdim. Buradakı personalın peşəkarlığı məni təəccübləndirdi. Bu səbəbdən yeni klubumda hər şey ürəyimcədi” (azerisport).