Topaz Premyer Liqasının ikinci yarısına 1 xalla başlayan "Sumqayıt" növbəti tur üçün məşqlərini davam etdirir. Futbolinfo.az xəbər verir ki, sözügedən komanda bu gün baş məşqçi Samir Abasovun rəhbərliyi altında "İnter"lə oyunun hazırlığı üçün "Kapital Bank Arena"da növbəti məşqini keçirib.
Daha çox taktiki gedişlər üzərində çalışan komanda məşqin sonunu ikitərəfli oyunla yekunlaşdırıb.
Qeyd edək ki, bərpa prosesi keçən Mikayıl Rəhimov və zədəli olan Vaquf Güləliyev hazırlığa qatılmayıb.