Qətər və Azərbaycan milli komandaları arasında martın 9-da keçiriləcək yoldaşlıq oyununun başlama saatı və stadionu müəyyənləşib. Futbolinfo.az Qətər Futbol Assosiasiyasının rəsmi saytına istinadla xəbər verir ki, Doha şəhərindəki Şeyx Cassim ibn Hamad adına stadionda oynanılacaq matç yerli vaxtla saat 19:00-da (Bakı vaxtı ilə saat 20:00) başlanacaq.
Qeyd edək ki, Şeyx Cassim ibn Hamad adına stadion 15 min azarkeş tutumuna malikdir.