Əlverişsiz hava şəraiti Birinci Diviziona təsirsiz ötüşmədi. Futbolinfo.az xəbər verir ki, turun 4 oyununun təxirə salındığı məlum idi.
Artıq bu say bir qədər də artıb. PFL-in mətbuat xidmətinin rəhbəri Aslan Şahgəldiyevdən aldığımız məlumata görə, bu gün və sabah Birinci Divizionda keçirilməli olan qarşılaşmalardan heç biri oynanılmayacaq. Təxirə salınmış qarşılaşmaların fevralın 27-də keçirilməsi gözlənilir.