Azərbaycan Premyer Liqasının 16-cı turu çərçivəsində “Zirə”ni qəbul etməli olan “Kəpəz” PFL-ə müraciət edib. Futbolinfo.az xəbər verir ki, qərblilər qarşılaşmanın səfərdə keçirilməsini istəyir.
Buna səbəb Gəncədə yağan qarın şəhər stadionunu yararsız vəziyyətə salmasıdı. Qurum hələ ki, bu müraciətə cavab vermədiyindən matçın keçiriləcəyi yer bəlli deyil.