Topaz Premyer Liqasının 16-cı turunda “Zirə” ilə keçirəcəyi oyuna hazırlığı Bakıda davam etdirən “Kəpəz” tam heyətlə məşq edə bilmir. Futbolinfo.az xəbər verir ki, ötən həftə xəstə olduğu üçün “İnter”lə görüşü buraxan Şəhriyar Əliyev sağalıb sıraya dönsə də, komandanın iki futbolçusu çalışmalardan kənarda qalıb.
Kapitan Tural Axundov və Azad Kərimov zədəli olduqları üçün hazırlıq prosesində iştirak edə bilmirlər.