Bakının "İnter" futbol komandasında ötən iki ayın əmək haqlarını tezliklə ödəniləcək. Futbolinfo.az xəbər verir ki, bu barədə "Report"a AFFA tərəfindən “İnter” futbol klubuna səlahiyyətli nümayəndə təyin edilən Rəmiş Malıyev məlumat verib.

O bilidirb ki, hazırda "İnter"də vəsaitlə bağlı problemi yoxdur: "Klubda struktur dəyişikliyi olub. Bununla əlaqədar həllini tapmalı olan müəyyən texniki məsələlər var. Bu, vaxt aparan prosesdir. Çalışırıq ki, texniki məsələləri ən qısa zamanda həll edək. Ən qısa müddətdə həm 2016-cı ilin dekabr, həm də bu ilin yanvar ayı üçün nəzərdə tutulan əmək haqları ödəniləcək".

Qeyd edək ki, “Azərbaycan Beynəlxalq Bankı” ASC-nin (ABB) İdarə Heyəti bank tərəfindən “İnter” Peşəkar İdman Klubuna sponsorluğun dayandırılması haqqında qərar verib. Bu səbəbdən, AFFA paytaxt təmsilçisinin idarəçiliyini fevralın 1-dən üzərinə götürüb.

Shares: