Əlverişsiz hava şəraiti Azərbaycan Premyer Liqasının 16-cı turunun 2 oyununun yerinin dəyişməsinə səbəb olsa da, digər 2 qarşılaşma əvvəldən nəzərdə tutulduğu məkanda oynanılacaq. Futbolinfo.az xəbər verir ki, AZAL- “Qarabağ” və “Sumqayıt” – “İnter” matçlarının yeri dəyişdirilməyib.
Hər iki stadionun ot örtüyü süni olduğundan yağan qarın elə də ciddi təsiri olmayıb və meydançalar oyunu qəbul edəcək vəziyyətdədi.