Futbol üzrə Almaniya ikinci Bundesliqasında 19-cu turun oyunları keçirilib. Futbolinfo.az xəbər verir ki, Azərbaycan yığmasının yarımmüdafiəçisi Dmitri Nazarovun komandası – "Ersgebirge" də növbəti matçına çıxıb.

Sözügedən komanda səfərdə "Sandhauzen"lə qarşılaşıb. Futbolçumuzun klubu bu oyundan məğlubiyyətlə ayrılıb – 0:2.

Start heyətdə meydana çıxan Nazarov bu görüşün sonunadək oynayıb. O, 36-cı dəqiqədə sarı vərəqə də alıb.

Qeyd edək ki, "Ersgebirge" 19 turdan sonra 16 xalla 18 klub arasında 17-ci pillədə qərarlaşıb.

Shares:
Facebook
Twitter
Telegram
WhatsApp