Almaniya üçüncü Bundesliqasında 21-ci turun oyunları keçirilib. Futbolinfo.az xəbər verir ki, Azərbaycan yığmasının yarımmüdafiəçisi Tuğrul Eratın komandası – "Duysburq" da növbəti matçına çıxıb.

Sözügedən klub doğma meydanda əsas izləyicisi "Osnabryuk" ilə qarşılaşıb. Futbolçumuzun komandası bu oyundan heç-heçə ilə ayrılıb – 2:2.

Erat bu oyunu sonadək ehtiyat oyunçular skamyasından izləyib.

Qeyd edək ki, "Duysburq" 21 turdan sonra 39 xalla 20 klub arasında 1-ci pillədə qərarlaşıb.

Shares:
Facebook
Twitter
Telegram
WhatsApp