Futbol üzrə Portuqaliya çempionatında 20-ci turun oyunları keçirilib. Futbolinfo.az xəbər verir ki, azərbaycanlı futbolçular – Kamran Ağayevlə Emin Mahmudovun komandası – "Boavişta" da növbəti matçına çıxıb.

Sözügedən klub səfərdə "Çaves"lə qarşılaşıb. Futbolçularımızın komandası bu oyundan heç-heçə ilə ayrılıb – 0:0.

Cəzalı olan Kamran bu qarşılaşmanın da iştirakçısı olmayıb. Emin isə görüşü sonadək ehtiyat oyunçular skamyasından izləyib.

Qeyd edək ki, "Boavişta" hazırda 25 xalla turnir cədvəlinin 10-cu pilləsində qərarlaşıb.

Shares:
Facebook
Twitter
Telegram
WhatsApp