Futbol üzrə Yunanıstan çempionatında 19-cu turun oyunları keçirilib. Futbolinfo.az xəbər verir ki, azərbaycanlı futbolçu Amit Quluzadənin komandası – AEL də növbəti matçına çıxıb.

Sözügedən klub doğma meydanda AOK (Kerkira) ilə qarşılaşıb. Futbolçumuzun komandası bu oyundan heç-heçə ilə ayrılıb – 1:1.

Amit bu qış keçdiyi Yunanıstan klubunda məhz bu oyunda debüt edib. O, 46-cı dəqiqədə meydana çıxıb.

Qeyd edək ki, AEL geridə qalan turlarda topladığı 16 xalla 16 klub arasında 13-cü pillədə qərarlaşıb.

Shares:
Facebook
Twitter
Telegram
WhatsApp