Futbol üzrə İspaniya ikinci liqasında 24-cü turun oyunları keçirilib. Futbolinfo.az xəbər verir ki, Azərbaycan yığmasının yarımmüdafiəçisi Eddi İsrafilovun komandası – "Kadis" də növbəti matçına çıxıb.

Sözügedən klub doğma meydanda "Mirandes"lə qarşılaşıb. Futbolçumuzun komandası bu görüşdən qələbə ilə ayrılıb – 2:1.

İsrafilov bu görüşün iştirakçısı olmayıb.

"Kadis" 24 turdan sonra 40 xalla 22 klub arasında 3-cü pillədə qərarlaşıb.

Shares:
Facebook
Twitter
Telegram
WhatsApp