Afrika Millətlər Kubokunda bürünc medalların sahibi müəyyənləşib. Futbolinfo.az xəbər verir ki, 3-cü yer uğrunda oyunda Burkina Faso ilə Qana yığmaları qarşılaşıb.

Görüşün taleyini bir qol həll edib. Alen Traorenin 89-cu dəqiqədə vurduğu yeganə top Burkina Fasoya qitə birinciliyinin bürünc medallarını qazandırıb.

Qeyd edək ki, turnirin həlledici görüşü bu axşam keçiriləcək. Final matçında Misir və Kamerun yığmaları qarşılaşacaq.

Shares:
Facebook
Twitter
Telegram
WhatsApp