Bu gün Topaz Premyer Liqasında 20-ci tura start verilib. Futbolinfo.az xəbər verir ki, yenə ilk oyun günündə iki görüş baş tutub.

Öncə meydana iki paytaxt klubu – AZAL və “Neftçi” çıxıb. Qarşılaşmada vurulan yeganə qol qonaq komandaya qələbə qazandırıb. 

Daha sonra isə “Zirə” – “Sumqayıt” qarşılaşması keçirilib. Bu görüşdə isə meydan sahibləri minimal hesablı qələbəyə seviniblər.

Topaz Premyer Liqası
20-ci tur

27 fevral (bazar ertəsi)

AZAL – “Neftçi” – 0:1 (0:1)
Qol: D.Seqoviya, 4.
Hakimlər: Ömər Paşayev, Namiq Hüseynov, Vüqar Bayramov, Əliyar Ağayev.
Bakı. "AZAL Arena".

AZAL: 23. Aqil Məmmədov, 24. Emin Cəfərquliyev (k), 5. Kamil Hüseynov, 18. Ruslan Əmircanov, 44. Omeqa Roberts, 7. Kamal Mirzəyev, 91. Mehdi Taouil, 77. Arkadi Qalperin, 27. Rəşad Abdullayev, 8. Sadio Tounkara, 70. Vaqif Cavadov.
Ehtiyat oyunçular: 1. Tərlan Qasımzadə, 95. Şirməmməd Məmmədov, 3. Tural Hümbətov, 19. Elnur Süleymanov, 9. Röyal Nəcəfov, 21. Samir Məsimov, 10. Nuqzar Kvirtiya.
Baş məşqçi: Tərlan Əhmədov.
“Neftçi”: 53. Maksim Vaylo, 27. Məqsəd İsayev, 6. Pavel Dreksa, 25. Kiril Petrov, 29. Georgi Navalovski (k), 8. Zdenek Folprext, 12. Daniel Seqoviya, 17. Rəhman Hacıyev, 11. İqnasio Herrera Fernandes, 7. Namiq Ələsgərov, 23. Tərzin Cahangirov.
Ehtiyat oyunçular: 33. Boban Baykoviç, 95. Elvin Bədəlov, 9. Uqo Barqas, 80. Edson Kastilya, 13. Murad Ağayev, 26. Kamal Qurbanov, 19. Fəhmin Muradbəyli.
Baş məşqçi: Elxan Abdullayev.

“Zirə” – “Sumqayıt” – 1:0 (1:0)
Qol: R.Qadze, 35 (1:0).
Hakimlər: Fariz Yusifov, İsgəndər Əliyev, Vüsal Qənbərov, Ramil Əhmədov.
Zirə İdman Kompleksinin stadionu.

“Zirə”: 85. Kamal Bayramov, 5. Adil Nağıyev, 23. Yovan Krneta, 39. Sadiq Quliyev, 11. Viktor İqbekoyi, 28. Təmkin Xəlilzadə, 6. Vüqar Mustafayev, 8. Milan Duriç, 10. Elvin Məmmədov (k), 20. Sezar Meza Kolli, 43. Riçard Qadze
Ehtiyat oyunçular: 62. Abdulla Seyidəhmədov, 9. Nurlan Novruzov, 13. Aleksandr Şemonayev, 17. Vüsal İsgəndərli, 21. Murad Səttarlı, 77. Yamin Ağakərimzadə, 92. Cavid Tağıyev
Baş məşqçi: Ayxan Abbasov
“Sumqayıt”: 1. Fərhad Vəliyev, 2. Rail Məlikov, 3. Vurğun Hüseynov (k), 8. Nicat Muxtarov, 9. Amil Yunanov, 10. Məhəmməd Qurbanov, 14. Bəxtiyar Həsənalızadə, 18. Süleyman Əhmədov, 19. Azər Salahlı, 42. Kamran Abdullazadə, 74. Yusif Nəbiyev
Ehtiyat oyunçular: 94. Tərlan Əhmədli, 7. Sergey Çernışev, 20. Fərhad Qıstarov, 22. Mirabdulla Abbasov, 13. Bəhlul Mustafazadə, 77. Ehtiram Şahverdiyev, 97. Xəyal Nəcəfov
Məşqçi: Vəfadar Quliyev.

Turun digər oyunları sabah keçiriləcək: “Qarabağ” – “İnter”, “Kəpəz” – “Qəbələ”.

Shares:
Facebook
Twitter
Telegram
WhatsApp