Futbol üzrə Portuqaliya çempionatında 23-cü turun oyunları keçirilib. Futbolinfo.az xəbər verir ki, azərbaycanlı futbolçular – Kamran Ağayevlə Emin Mahmudovun komandası – "Boavişta" da növbəti matçına çıxıb.

Sözügedən klub doğma meydanda "Portu" ilə qarşılaşıb. Futbolçularımızın komandası bu oyundan məğlubiyyətlə ayrılıb – 0:1.

Eminlə Kamranın adı bu qarşılaşmanın da iştirak ərizəsinə daxil edilməyib.

Qeyd edək ki, "Boavişta" hazırda 29 xalla turnir cədvəlinin 9-cu pilləsində qərarlaşıb.

Shares:
Facebook
Twitter
Telegram
WhatsApp