Bu gün Azərbaycan I Divizionunda XIV turdan təxirə salınmış oyunlar keçirilir. Futbolinfo.az-ın məlumatına görə, “Ağsu” – “Bakılı” (7:0) matçından sonra divizionda noyabrın ən yaxşı qolunun müəlifi olan qonaqların futbolçusu Nurlan Məmmədzadə jurnalistlərin suallarını cavablandırıb:

– Hər kəsə təşəkkür edirəm, bura kimi gəlmisiniz. Şərait olmasa da diviziona olan maraq insanda həvəs yaradır.

– Sən vurduğundan başqa digər hansı qolu ən yaxşı seçərdin?
– Ruslan Tağızadənin qolunu ən yaxşını seçərdim. 

– Qazandığın pulu nə edəcəksən?
– Evə verəcəm. 

– Komandanız bu gün böyükhesabla məğlub oldu…
– Komandanın vəziyyəti pisdi. Heç oyuna gələndə yemək yeməmişik.

– Futbola yaxşı başlayanda perspektivli oyunçu sayılrıdın. Amma bu gün “Bakılı”dasan. 
– 16 yaşımda 1-ci diviziona gəlməyim ən böyük səhvim oldu. Divizion bataqlıqdı, çıxmaq çətin olur. 

ELMAR ABDULLA-ZADƏ

Shares:
Facebook
Twitter
Telegram
WhatsApp