Azərbaycan çempionatının 1-ci divizionunun 14-cü turundan təxirə salınmış matçda "Ağsu" öz meydanında "Bakılı"nı qəbul edib. Futbolinfo.az xəbər verir ki, qarşılaşma 7:0 hesabı ilə meydan sahiblərinin qələbəsiylə yekunlaşıb. 
 
Matçdan sonra maraqlı hadisə yaşanıb. Belə ki, qeydə alınan hesab qonaqların baş məşqçisi Nadir Qasımovu bərk əsəbləşdirib. O, rəqib komandanın çalışdırıcısı Rüfət Quliyevə söz atıb. O, Quliyevə "ömrünün sonuna kimu bunu yadında saxla" deyərək ona acıqlanıb. 
 
Qeyd edək ki, Rüfət Quliyev futbolçu kimi Nadir Qasımovun rəhbərliyi altında "Xəzri"də çıxış edib.
Shares:
Facebook
Twitter
Telegram
WhatsApp