Topaz Premyer Liqasında XX turun oyunları çərçivəsində “Kəpəz” sabah doğma divarlar arasında meydana çıxacaq. Futbolinfo.az-ın məlumatına görə, “sarı-göylər” çempionatın lideri “Qəbələ”ni qəbul edəcək.
 
Gəncə təmsilçisi bu rəqibə qarşı oyuna hazırlığın əsas hissəsini Bakıda keçirib. Bu gün Gəncəyə qayıdan komanda matçın keçiriləcəyi şəhər stadionunda son məşqinə çıxıb.
 
“Kəpəz”in heyətində oyunöncəsi yalnız bir itki var. Tural Nərimanov zədə səbəbindən qarşıdakı görüşdə komandasına kömək edə bilməyəcək.
Shares:
Facebook
Twitter
Telegram
WhatsApp