Peşəkar Futbol Liqası Topaz Premyer Liqası ilə yanaşı, I Divizion yarışlarını da daim diqqətdə saxlayır. Futbolinfo.az xəbər verir ki, bu liqaya marağın artırılması məqsədi ilə Peşəkar Futbol Liqası jurnalistlərin bölgə oyunlarına səfərini təşkil edir, eyni zamanda azarkeşlər və jurnalistlərə I Divizionda ayın ən yaxşı qolunu seçmək imkanı yaradır. 

Jurnalistlərin növbəti belə səfəri bu gün keçirilmiş “Ağsu”- “Bakılı” görüşünə təşkil olunub. Oyundan öncə noyabr ayında I Divizionda vurulan ən yaxşı qolun müəllifi Nurlan Məmmədzadə (“Bakılı”) mükafatlandırılıb. Mükafatı futbolçuya Peşəkar Futbol Liqasının Texniki İdman şöbəsinin rəisi Zamiq Hüseynov təqdim edib.

28298058b40d546ff56 - Futbolinfo.az

604369258b40d548b178 - Futbolinfo.az

608665558b40d549a1df - Futbolinfo.az

223312558b40d54aadce - Futbolinfo.az

983631158b40d54bb952 - Futbolinfo.az

573817958b40d54cd507 - Futbolinfo.az

116731858b40d54e2e0d - Futbolinfo.az

Shares:
Facebook
Twitter
Telegram
WhatsApp