La Liqanın son turunda ötən gecə "Vilyareal"a qalib gələn (3:2) "Real"ın futbolçusu Kriştiano Ronaldo növbəti rekorda imza atıb. Futbolinfo.az xəbər verir ki, portuqaliyalı hücumçu bu qarşılaşmada ölkə çempionatında penaltidən 57-ci qolunu vurub.

Bununla da o, bu göstəricidə Huqo Sançesi (56 qol) geridə qoyaraq ilk pilləyə yüksəlib.

2009-cü ildən "Real"da çıxış edən Ronaldo La Liqada 64 penaltidən 57-sini dəqiq yerinə yetirib.

Shares:
Facebook
Twitter
Telegram
WhatsApp