Çempionlar Liqasında "Mançester Siti" ilə görüşdə sərgilədiyi oyunla daha çox diqqət mərkəzinə düşən "Monako"nun forvardı Kilian Mbappenin transfer qiyməti bəlli olub. Futbolinfo.az xəbər verir ki, onunla "Barselona", "Real", "Mançester Siti", "Arsenal" və Dortmund "Borussiya"sı maraqlanır.

Məlumata görə, knyazlıq klubu 18 yaşlı fransızı 60 milyon avroya satmağa razıdı. Lakin buna qədər "Monako" onunla müqaviləni artırmalıdı. Forvardın sözləşməsinin müddəti 2019-cu ildə bitir.
 
Mbappe bu mövsüm Fransa Liqa 1-də 7 qol vurub və 7 qol ötürməsi verib.

Shares:
Facebook
Twitter
Telegram
WhatsApp