“Neftçi”nin qapıçısı Maksim Vaylo Topaz Premyer Liqasının 20-ci turu çərçivəsində AZAL-la oyundan sonra klubun rəsmi saytına açıqlama verib. Futbolinfo.az xəbər verir ki, o, bunları söyləyib:

“Artıq 3 oyundur qol buraxmıram. Bu məndə özünəinamı daha da artırıb. Oyun ərzində qapısını toxunulmaz saxlamaq hər bir qapıçı üçün vacibdir. O ki qaldı matça, yaxşı oynadıq. Düzdür, mən də daxil olmaqla bəzi səhvlər etdik. Amma ümumi götürsək, vacib olan 3 xal idi ki, bu 3 xalı qazandığımıza görə xoşbəxtəm”.

Shares:
Facebook
Twitter
Telegram
WhatsApp