Fevralın 28-də Gəncə şəhər stadionunda “Qəbələ”ni qəbul edəcək “Kəpəz” bu gün keçirilən məşqlə qarşıdakı matçın hazırlığını tamamlayıb. Futbolinfo.az xəbər verir ki, Topaz Premyer Liqasının lideri ilə oyunöncəsi “sarı-göylər”in baş məşqçisi Şahin Diniyev klub saytına açıqlama verib: 

"Həqiqətən də çətin görüş olacaq, ümumiyyətlə son zamanlar asan oyunlarımız yoxdu. Komandanın gücünə uyğun olaraq hər matça maksimum yanaşmalıyıq. "Qəbələ" bundan əvvəlki turda “Qarabağ” üzərindəki qələbədən sonra turnir cədvəlinin birinci pilləsində qərarlaşıb. Mənə elə gəlir ki, bizi maraqlı və ağır bir oyun gözləyir. "Kəpəz" bu çətin qarşılaşmaya hazırdır. Hər oyuna hazırlaşdığımız kimi məşq etmişik. Sadəcə, qarşıdakı görüşdə taktiki cəhətdən bir az dəyişikliklər olacaq".

Shares:
Facebook
Twitter
Telegram
WhatsApp