Topaz Premyer Liqasının 20-ci turu çərçivəsində “Sumqayıt” səfərdə “Zirə”yə 0:1 hesabıyla məğlub oldu. Futbolinfo.az xəbər verir ki, oyunsonrası mətbuat konfransında cəzalı olan “kimyaçılar”ın baş məşqçisi Samir Abasovu onun köməkçisi Vəfadar Quliyev əvəz edib.

O, oyunla bağlı bunları deyib:

– “Zirə”ni təbrik edirm. Gərgin oyun getdi. İlk hissədə yaxşı təsir bağışlamadıq. İkinci hissədə isə öz oyunumuzu oynadıq. İkinci hissəyə görə futbolçulara təşəkkür edirəm.

– Bu gün Samir Abasovun texniki zonada olmaması nəticəyə nə dərəcədə təsir göstərdi? 
– Əlbəttə, Samir müəllim olsa, daha yaxşı oyanayardıq. Ancaq düşünmürəm ki,  baş məşqçinin olmaması çox ciddi təsir göstərib.

– Oyunun əvvəlində Məhəmməd Qurbanov məşqçilər korpusuna kəskin etiraz etdi. Buna səbəb nə idi?
– Bu, futbolda olur. Fasilədə buna görə üzr istədi.

– Samir Abasov əvvəl cəzalı olduğu oyunda əvəzetmələri telefonla çatdırırdı. Bu dəfə necə idi?
– Bu dəfə tribuna ilə texniki zona arasında məsafə qısa olduğundan, buna ehtiyac qalmadı.

NİCAT SALMANLI

Shares:
Facebook
Twitter
Telegram
WhatsApp