Topaz Premyer Liqasında bu gün baş tutan "Zirə" – "Sumqayıt" matçında şübhəli məqamalar var idi. Günlər öncəsindən Avropa bukmeker kontorlarında bərabər gücdə komandaların qarşılaşması kimi dəyərləndirilən matç bir anda fərqli görüntü aldı.
 
Futbolinfo.az xəbər verir ki, görüşün başlamasına xeyli qalmış əvvəlcə ölkəmizin rəsmi mərc kontoru "Topaz"da "stavka" qəbulu dayandırıldı. Belə addımlar adətən komandalardan birinin qələbəsinə və ya hansısa əmsala byük pullar yatırıldığı halda, ehtiyat tədbiri olaraq, atılır. Görünür, "Topaz" da ciddi "yüklənmə" faktına görə buna ehtiyac duyub.
 
Oyun başlayan ərəfədə isə xarici kontorlarda "Sumqayıt"ın qələbəsi bir neçə dəqiqə ərzində 3.00 əmsaldan 15.00 əmsala yüksəldi. Bu isə o demək idi ki, "Zirə"nin qələbəsinə daha çox pul yatırılır, belədə həmin əmsal aşağı düşür və qonaqların qələbəsinin əmsalı yüksəlir.
Shares:
Facebook
Twitter
Telegram
WhatsApp