I divizionda mübarizə aparan “Ağsu”nun icraçı direktoru Rəşad Kərimovun futbolinfo.az saytına müsahibəsi
 
– “Ağsu”unun hazırkı vəziyyəti nə yerdədi?
– Hələ ki, vəziyyətimiz normaldı. Sponsorlarımız komandaya əvvəl necə baxırdılarsa, indi də vəziyyət dəyişməyib. Heç bir çətinliyimiz yoxdu. Əsas komandadan başqa, 4 yaş qrupu üzrə təmsilçimiz AFFA-nın təşkil etdiyi çempionatlarda mübarizə aparır. Əsas məqsədimiz Ağsuda futbolun inkaişafına təkan verməkdi. Aşağı yaş qrupları üzrə komandalarmızın sayını ildən-ilə artırmaq istəyirik.
 
– Əsas komandanızda klubun neçə yetirməsi var?
– Hazırda 3 nəfəri 16 yaşlılarımızdan əsas komandaya cəlb etmişik. Hətta onlardan biri əsas komandamızda debüt də edib.
 
– “Ağsu” Premyer Liqaya hazırdımı?
– Hazır olmaq üçün bütün yaş qrupları üzrə komandalaırmız olmalıdı. Amma bizdə hazırda bütün yaş qrupları üzrə komandalar yoxdu. Rayonumuzda heç vaxt futbol olmayıb. İndi biz burada uşaq futbolunu qurmalıyıq. İnanırıq ki, gələcəkdə çatışmayan yaş qruplarını yığıb, tamamlayacağıq. Hər il bunu artırmağa çalışırıq. Belədə bəzi problemlər yaranır ki, komandalar çoxaldıqca məşq edə bilmirik. Uşaqların dərs saatları səhər olduğundan günortadan sonra əsas meydançanı bölüb, bir neçə yerdə məşq keçirik. Əsas çətinliyimiz yardımçı meydançanın olmamasındadı.
 
– Şəraitiniz necədi?
– Şəraitimiz əladı, çox gözəl üçmərtəbəli otelimiz var. Futbolçular gündə 3 dəfə qidalanır. Sponsorumuz “Vita1000” şirkəti bizə çox yaxşı şərait yaradıb.
 
– Stadionunuzun, bazanızın vəziyyəti yaxşıdı. Amma meydança süni ot örtüklüdü. Təbii ot örtüyünün salınması mümkündümü?
– Stadion AFFA-nın balansındadı. Bu haqda danışmaq bir az tezdi. Hazırda məqsədimiz başqadı. Özümüzü aldatmaq istəmirik, “filan yerdə futbol var, Ağsuda da olsun” deyə iş görümürük. Fikrimiz Ağsu və ətraf bölgələrdə futbolun inkişafına töhfə verməkdi. Bu il bizim oyunçularımızdan biri hətta 17 yaşlılardan ibarət milliyə də dəvət aldı. Bizim üçün sevindirici haldı ki, oyunçumuz milliyə dəvət edilir.
 
– “Ağsu” neçə illərdi ki, divizionda yüksək yer tutsa da, Premyer Liqada iştirakdan məhrum olur. Belə vəziyyətdə komandanı motivasiya etmək çətin deyil?
– 5-ci ildi ki, divizionda iştirak edirik. Yalnız 1 mövsümü medalsız başa vurmuşuq. Düzdü, Premyer Liqada iştirak etməmişik, amma bu, bizə problem yaratmır. Həmişə yüksək yerlər üçün mübarizə aparmışıq.
 
ELMAR ABDULLA-ZADƏ
Shares:
Facebook
Twitter
Telegram
WhatsApp